HƏBƏŞİSTANA HİCRƏT

Məhəmməd peyğəmbərin səhabələrindən bir qisminin qureyşlilərin təqiblərdən qurtulmaq üçün Həbəşistana köçməsidir. Məhəmmədə peyğəmbərlik verilməsindən 5 il sonra Məkkədə müsəlmanlara qarşı təqiblər artmışdır. Buna görə də o, bir qrup müsəlmana ədalətli bir kralın idarə etdiyi ölkəyə köçmək əmrini vermişdir. Müsəlmanların ilk dəstəsi ora miladi 615-ci ildə Osman ibn Məzunun başçılığı altında göndərilmişdir. Onlar şəhərdən gecə vaxtı gizli çıxmış, Qırmızı dənizə çatmış, oradan isə Həbəşistana keçərək orada məskunlaşmışdırlar. Onların dəqiq sayı bilinməməkdədir. Bir müddət keçdikdən sonra müsəlmanların Həbəşistana Cəfər ibn Əbu Talibin başçılığı altında ikinci hicrəti baş tutmuşdur. Rəvayətlərə görə onların sayı 80-ə yaxın idi. Onlar da bu ölkədə yaxşı qarşılanmış və orada sığınacaq tapmışdırlar. Müsəlmanların Həbəşistana ikinci hicrətindən sonra qureyşlilər təşvişə düşərək onların geriyə qaytarılmasını tələb etmək üçün bu ölkənin kralı olan Əshəmənin yanına Abdullah ibn Rabiə və Əmir ibn Ası göndərdilər. Onlar kralın hüzuruna gəldikdə o, bəzi müsəlmanları da ona izahat vermək üçün öz hüzuruna çağırmışdır. Müsəlmanların rəhbəri olan Cəfər ibn Əbu Talib orada kralın verdiyi bütün suallara cavab verə bilmişdir. Bununla da, müsəlmanlar Həbəşistanda qalmaq hüququnu qazanmışdırlar. Beləliklə, qureyşlilərin göndərdikləri elçiləri heç bir nəticə əldə edə bilməyib geriyə dönməyə məcbur oldular. Müsəlmanlar bir neçə il Həbəşistanda yaşamışdırlar. Onlar orada yerli xalqı da İslam dini ilə tanış etmişdilər. Rəvayətlərə görə kral Əshəmə də İslamı qəbul etmişdir. Sonra onların bəziləri Məkkəyə qayıtmışdırlar. Onların qayıtmasını Nəcm surəsinin nazil olması ilə bağlı olan hadisələrlə əlaqələndirənlər də olmuşdur. Ancaq, sonra onların bir çoxu yenə də Həbəşistana geri qayıtmışdırlar. Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən sonra isə Həbəşistanda olan müsəlmanları çoxu Mədinəyə gəlmişdirlər.
HEYZ
HƏBİB NƏCCAR
OBASTAN VİKİ
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.